Translate

Tuesday, December 20, 2016

14 gün

Salam.
Əvvəlcə təlimçilərimiz  həmişəki kimi   salamlaşdı.Portfoliomuzda çatışmayan  sənədləri  qovluqlara yerləşdirdik.Sonra gözlənilmədən süpriz  qonaq  gəldi..Nigar xanım İTE nin əməkdaşı idi.O,İNTEL 10  proqramında  layihənin tanıtımını və bu təlimlərin keçirilməsi  üçün biz müəllimlərə şərait yaratmışdı.Bundan başqa digər məsul şəxslər də  bu gün   gəlmişdi.Müəllimlərin iş başında olmağı və onların necə  layihə haqqında  axtarışlarını görüb hətta şəkillərini də çəkdişBunu isə facebookda İTE AZERBAYCAN səhifəsində   paylaşım edəcəklər.Gün çox maraqlı keçdi.Təlimçilərə təşəkkürlər!

Monday, December 19, 2016

13-cü gün

Salam.

İlk öncə təlimçilər salamlaşdılar.Sonra bloqdakı yazıların müzakirəsi keçirildi.Müzakirədə mənimdə bloqum öz yerini tutmuşdu.Bunun üçün şadam amma çox istərdim ki,liderlik zirvəsində qala biləm.
Sonra təlimçilər fasilitasiya sənədlərinin nümunələri ilə tanış elədilər.Bu haqda müzakirə olundu.Günün mövzusu fasilitasiya resursunun planlaşdırılması idi.Təlimçilərin göstərişi ilə  bu sənədi yükləyib fasilitasiya qovluğuna köçürtdük.Həmin sənədi açıb üzərində işlədik.Layihə haqqında bir necə suallara cavab verildi.Təlimin sonunda isə bloqun yazılması prosesi başa çatdı.
     

Saturday, December 17, 2016

12-ci gün

Salam!
Bu gün təlimin 12-ci gününü yaşayırıq.Təlimdə bir çox məlumatlar aldım.Buna görə təlimi aparan müəllimlərə təşəkkür edirəm.
Bu  gün mövzumuz özünü qiymətləndirmə idi.Elektron poçtadan yükləyib qiymətləndirmə ilə tanış oldum.

Friday, December 16, 2016

11-ci gün

㉿Salam!
Təlimə başlayanda təlimçilər elektron poçtanı yoxlamağı bizə tapşırdılar.Elektron poçtaya artıq bir neçə mövzu elektron formada göndərilmişdi.Bloqun qiymətləndirilməsi sənədini kompyuterə yükləyib açdıq .Oxuduqdan sonra öz portfoliomda Qiymətləndirmə qovluğunun içində Bloqun qiymətləndirməsi adlı qovluğa yerləşdirdim.Sonra Differensiallaşma adlı mövzunu Qiymətləndirmə qovluğunda Differensiallaşma adlı qovluğa yerləşdirdik.TƏŞƏKÜRLƏR!

Thursday, December 15, 2016

10-cu gün

Salam!
Bu gün bizə təlimçilərimiz şagird bloqu ilə iş haqqında  məlumat verdi.Dünənki təlimdə şagird bloqu ilə  tanış olduğumuza  görə bu gün artıq şagird bloqunu yaratdıq.Hazırladığımız layihə üzərində şagirdlərin araşdırmaları bu bloqda yerini tutacaq.Bu gün əlavə olaraq bloggif.com saytında 3d formatında   şəkil hazırladım.Təlimçilərimiz  mehriban və gülərüz  insanlardır.Hər iki təlimçiyə böyük minnətdarlığımı bildirirəm.TƏŞƏKKÜRLƏR!






Wednesday, December 14, 2016

9-cu gün

Salam!

Şagird bloqu ilə tanışlıq oldu.WEB2    alətlərinin təhlili və istifadəsi,layihə planı üzərində iş, şagird işlərinin nümunəsinə baxış  keçirildi.Bu  gələcəkdə  dərslərin hazırlanmasına çox kömək olacaq.TƏŞƏKKÜRLƏR!

emazi

Tuesday, December 13, 2016

8-ci gün

Salam!
Bu gün təlimçilər internet resurslarının müəyyən edilməsini şifahi olaraq anlatdı.Çünki  elektrik yox  idi☺.Müzakirə etdik.Ünsiyyət qurmaq üçün internetdən istifadə olunur,faydalı məlumatları toplaya bilirik,internet vasitəsilə qarşılıqlı debat qurmaq olar və bir çox fikirlər səsləndi.Resurslar haqqında məlumat aldıq.Bəzi linkləri özüm üçün qeydə aldım.Lahiyə planına resurları yerləşdirməyi öyrəndik.WEB2 alətləri ilə tanışlıq.

Monday, December 12, 2016

7-ci gün

Təlimin 7-ci günü bir azda maraqlı oldu.Təlimçilər elektron sənədlərlə  iş haqqında məlumat  verdi.Əyani şəkildə göstərildi.Hətta müəlliflik hüquqları haqqında diskusiya  olundu. Müəllim təqdimatı işininin üzərində bir azda işlədik.

Saturday, December 10, 2016

WEB-2

6-cı gün

Bu gün biz müəllim təqdimatının hazırlanması  haqqında ilkin məlumatlar aldıq.Hazırlayacağımız məlumatları  öz portfoliomuzda saxladıq.Bir necə nümunələrlə tanış olduq.Amma mən deyəsən heç nə başa düşmürəm.



Friday, December 9, 2016

5-ci gün

Salam!
Artıq  təlimin 5-ci gününü yaşayırıq.Bu gün əəvvəlki günlərdən fərqli oldu.Doğurdan da qulaq hər gün yeni bir şey eşidir.Ən çox bəyəndiyim  isə emaze.com saytının  linki ilə tanışlıq oldu.Təıimçilərə dərin minnətdarığımı bildirirəm.



Thursday, December 8, 2016

4-cü gün

Salam.
Bu gün  biz çox maraqlı layihə  hazırladıq.Amma çox təssüf  mövzu suallarını mürəkkəb işləmişdim.Bunu birlikdə müzakirə elədik.Belə qərara gəldik layihəni yenidən işləməliyəm.Təlimçilərə  minnətdaram!


Wednesday, December 7, 2016

layihə numunəs

3-cü gün


07.12.2016 -cı il bu gün biz şəxsi portfoliomuzda bəzi  məlumatları saxladıq.login information sənədini  işlədik.Mövzunun öyrənilməsinin planını yaddaşda saxladıq.Mövzunu və məzmun standartını düzgün seçməyi öyrəndik.Elektron kitabla tanış olduq.Bu təlimdə ümid edirəm ki,işləyəcəyim layihə  uğurlu olacaq.Bütün iştirakçılara uğurlar!





2-ci gün

Salam.
6.12.2016-cı il tarixində İntel10 təlimində  biz qrup işi təşkil etdik.XXI əsr şagirdində hansı bacarıqlar  olmalıdı? mövzusunda  qrup işi olaraq bütün müəllimlər  iştirak etdilər.Qrup lideri kimi mən məlumat mübadiləsində  və müzakirədə iştirak etdim.Bu hal mənim üçün sevindirici bir hal olduşSanki özümü bir anlığa şagird kimi hiss etdim.Bir neçə layihələrlə tanış olduq.Maraqlı bir gün oldu.Təşəkkürlər əziz təlimçilər!





Monday, December 5, 2016

1-ci gun

Salam.İTE-nin təlimçiləri -Yeganə Əmrahova və Lətifə Əzimova bu gün 32 N=li tam orta  məktəbdə  təlim keçirdi.Təlimin ilk günündə ənənəvi olaraq tanışlıq mərhələsi oldu.Sonra İTE şirkətinin yaranması haqqında məlumat verildi.1968- ci ildə yaradılmışdır.Bu xeyriyyə proqramı altında fəaliyyət göstərir.Azərbaycan dövləti bu lahiyəyə 2003-2006 cı ildə qoşulmuşdur.İTE-Gələcək üçün Təhsil mənasını daşıyır.Bu məlumatdan sonra  iş masasında portfolio açmaq və ona  ad vermək,həmin qovluğun içində əlavə qovluq yaratmaq göstərildi.GMAİL vasitəsilə email açmaq və Blogger yaratmaq göstərildi.Hər şey üçün təşəkkürlər!